Liftdə qalmış 5 nəfər xilas edilib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli, çoxmənzilli yaşayış binasının lifti dördüncü mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.

Ümumiyyətlə, ötən sutka ərzində FHN-nin qaynar xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin gördüyü xilasetmə tədbirləri nəticəsində 5 nəfərə müvafiq köməklik göstərilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər