Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Berlində Almaniya daxili işlər nazirinin müavini Hans Georg Engelke ilə görüşüb. Məlumatı “Anadolu” verib.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə ümumi gündəmdə olan məsələlər, xüsusilə AVRO-2024 zamanı futbol üzrə milli komandanın və Türkiyə vətəndaşlarının təhlükəsizliyi, eləcə də miqrasiya, viza və sığınacaq verilməsi sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Serim və Engelke dar tərkibdə də görüş keçiriblər.
Xarici işlər nazirinin müavini Berlinə səfəri çərçivəsində Almaniyadakı baş konsullarla da ayrıca görüş keçirib. Görüşdə “Yeni Almaniya Vətəndaşlığı Qanunu” çərçivəsində vətəndaşlığa qəbul üçün müraciətlərin qəbulu və vətəndaşlar üçün konsulluq prosedurları ilə bağlı araşdırmalar aparılıb.
O, QHT nümayəndələrinin tələb və narahatlıqlarını da dinləyib. Səfər çərçivəsində Serim Almaniya Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək.
P.ƏMİRCANOV
XQ