Çadın yeni seçilmiş Prezidenti Mahamat İdris Debi İtno ölkənin yeni baş nazirini təyin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çad prezidentinin mətbuat xidməti məlumat yayıb. Diplomat və dövlət protokolunun sabiq baş direktoru Allamaye Halina baş nazir təyin olunub. O, hökumət başçısı vəzifəsindən istefa vermiş müxalifət lideri Masranı əvəzləyib.
Qeyd edək ki, mayın 6-da Çadda keçirilən prezident seçkilərində qalib gəlmiş Debi İtno dünən and içərək səlahiyyətlərinin icrasına başlayıb.