Həndbolçularımızın Daşkənddə növbəti qələbəsi

post-img

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb. 

Daşkənddə keçirilən Mərkəzi Asiyanın açıq çempionatında yığmamız təşkilatçı ölkənin ROPSTTM klubu ilə üz-üzə gəlib. Qarşılaşmada Azərbaycan təmsilçi 39:31 (20:18) hesablı qələbə qazanıb. Bundan əvvəl millimiz Özbəkistanın OKMK klubunu 30:28 (18:13) hesabı ilə mğlub edib. 

Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır. Yığmamız A qrupunda növbəti matçını Qazaxıstanın “Almatı region” klubuna qarşı keçirəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. 

L.QURBANOVA XQ

İdman