Futzal üzrə ilk Tələbə Liqasının qalibləri

post-img

Ölkədə ilk dəfə təşkil olunan futzal üzrə Azərbaycan Tələbə Liqası başa çatıb.

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən turnirdə III yer uğrunda Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kollektivinə qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə Azərbaycan Memarlıq və İnşaat Universitetini məğlub edərək liqanın qalibi olub.

Qeyd edək ki, Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi və AFFA-nın dəstəyi ilə keçirilib.

Ötən il noyabrın 17-də başlayan liqada 12 ali təhsil müəssisəsinin komandası mübarizə aparıb.

Leyla QURBANOVA
XQ

İdman