Nicat Abasov Hikaru Nakamura ilə görüşəcək

post-img

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünü keçirəcək. 

Şahmatçımız 3-cü görüşündə Hikaru Nakamura (ABŞ) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, N.Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib, 2-ci qarşılaşmada isə ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. 

İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

L.SABİRQIZI XQ

 

İdman