Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının iştirakı ilə keçirilən turnirin bugünkü 15 qarşılaşmasında bir neçə komanda xüsusilə fərqlənib. “Zirə”, “Günəşli” və “Binəqədi”nin futbolçuları böyükhesablı və inamlı qələbəyə seviniblər.
Ötən gün möhtəşəm açılışı baş tutan turnir 32 kənd və qəsəbənin uşaq futbol komandasını əhatə edir. Növbəti həftələrdə də davam edəcək oyunlar şəhərin müxtəlif meydançalarında təşkil ediləcək. Səbirsizliklə gözlənilən oyunların nəticələri ilə “Bakujuniorfootball” instaqram səhifəsindən tanış ola bilərsiniz.
Böyük marağa səbəb olan turnirin final oyunu isə 10 Mayda keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin doğum günündə baş tutacaq bağlanış mərasimi təntənəli şəkildə qeyd olunacaq. Tədbirdə qalib komandaların oyunçularına mükafatlar təqdim ediləcək.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlara ümumilikdə 384 uşaq cəlb olunub.