Millimiz 13 pillə irəliləyib

post-img

Kişi basketbolçulardan ibarət milli komandaların növbəti reytinq cədvəli açıqlanıb. 

FIBA-nın reytinq cədvəlinə görə, millimiz 13 pillə irəliləyib. Ötən ay dünya çempionatının seçmə mərhələsində iki oyun keçirən Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv 80 xalla 105-ci yerdədir. Basketbolçularımız ilk dəfə FIBA reytinqində bu qədər yüksəlişə nail olublar. 

Xatırladaq ki, Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində İsveçrəyə 53:72 hesabı ilə məğlub olub, Kosovo üzərində qələbə qazanıb – 87:77.

Leyla QURBANOVA
XQ

İdman