Sandu: Kişinyov və Tiraspolun birləşmək üçün unikal şansı var

post-img

Moldova Prezidenti Mayya Sandu hesab edir ki, ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlara başlanması Dnestr çayının iki sahilini birləşdirmək üçün əla fürsətdir. O, bunu Dnestrdə silahlı toqquşmaların başlanmasının ildönümündə bildirib. Bu gün, martın 2-də Moldova hakimiyyəti Dnestryanı münaqişədə həlak olanların şərəfinə Dərdli ananın abidəsi önünə gül dəstələri qoyub.

Xanım Sandu deyib ki, “Dnestr çayının hər iki sahilindəki insanların böləcək heç bir şeyləri yoxdur, insanlar sülh və azadlığı hər şeydən çox qiymətləndirirlər”. Onun sözlərinə görə, hazırda “Moldova yol ayrıcındadır”. “Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarı ölkəmiz üçün bizi Dnestr çayının hər iki sahilindən olan insanlar üçün dinc və firavan gələcəyə aparacaq layihə ətrafında birləşdirmək üçün tarixi şansdır. Biz ölkənin sülh yolu ilə birləşməsi üçün hər cür səy göstərməyə hazırıq”, - deyə Moldova Prezidenti əmin edib.

2023-cü il dekabrın 14-də Aİ Gürcüstana üzvlüyə namizəd statusu verib, həmçinin Moldova və Ukrayna ilə bloka qoşulmaq üçün substantiv danışıqlara başlamaq qərarına gəlib. Mayya Sandu parlamentdən respublikanın 2024-cü ilin payızında Aİ-yə daxil olması ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərməyi xahiş edib.

S.ELAY

XQ

Dünya