“Formula-1” üzrə dünya çempionatına Bəhreyndə keçirilən Qran-pri yarışı ilə start verilib.
Sıralama turunun qalibi son dünya çempionu Maks Ferstappen olub. “Red Bull”un pilotu martın 2-də keçirilən Qran-priyə birinci yerdə başlayacaq.
Yeni mövsüm ənənəvi olaraq dekabrın 8-də Əbu-Dabidə başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.