Azərbaycanın həndbol üzrə qadın millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.
V qrupda mübarizə aparan yığma Bakı İdman Sarayında Litva seçməsini qəbul edib. Qarşılaşma komandamızın 35:33 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Litva ilə səfərdə qarşılaşacaq. Yığma qrupda daha əvvəl keçirdiyi oyunlarda Şimali Makedoniya və İspaniya seçmələrinə uduzub.
Leyla SABİRQIZI
XQ