Atıcılarımız daha bir medal “ovladılar”

post-img

Komandamız Macarıstanın Dyör şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət yığma oğlanlar arasında ke­çirilən komanda yarışlarında 3-cü yeri tutub. Ko­mandamız bu nəticəni 10 metr məsafəyə güllə atma yarışında əldə edib. 

Xatırladaq ki, bundan əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov da qitə birinciliyinin bürünc medalını qazanıblar. 

Leyla SABİRQIZI
XQ

İdman