Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə yoldaşlıq görüşündə iştirak edir.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət Azərbaycan millisi ilk oyun günündə ağ fiqurlarla çıxış edib. Bütün partiyalar heç-heçə başa çatıb: 2,5-2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar. Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.
Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
Leyla SABİRQIZI
XQ