Azərbaycanın 2 cüdoçusu “Böyük Dəbilqə”də bürünc medal qazanıb

post-img

Azərbaycanın 2 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

66 kiloqram çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov üçüncü yer uğrunda görüşdə braziliyalı Villian Limanı məğlub edib. Balabəy Ağayev (60 kq) isə həlledici görüşdə özbəkistanlı Kamoliddin Baxtiyarova qalib gəlib. 

Qeyd edək ki, fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.

Leyla QURBANOVA

XQ



İdman