“Böyük Dəbilqə”: 9 cüdoçumuz mübarizəyə qoşulur

post-img

Bu gün Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycanın daha 9 cüdoçusu tatamiyə çıxacaq. Yarışın 2-ci günündə 1/16 finaldan mübarizəyə başlayacaq Aytac Qardaşxanlı (63 kq) və Günel Həsənli (70 kq) müvafiq olaraq Zulhumar Daşkinova (Türkmənistan) və Aleksandra Samarciçlə (Bosniya və Herseqovina) güclərini sınayacaqlar. 

Kişilər arasında isə təmsilçilərimiz Hidayət Heydərov Karim Adarvez (Argentina), Rəşid Məmmədəliyev Tohar Butbul (İsrail), Nurlan Osmanov Xorxe Qarsiya (İspaniya), İbrahim Əliyev (hamısı 73 kq) Hamad Suleyman (Səudiyyə Ərəbistanı), Səid Mollayi Mustafa Həbib (Bosniya və Herseqovina), Zelim Tçkayev Abdulelah Albali (Səudiyyə Ərəbistanı), Ömər Rəcəbli (hər üçü 81 kq) Mohammed Alharbi (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaqlar.

 Xatırladaq ki, ötən gün cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar. 

Fevralın 18-dək davam edəcək turnirdə ölkəmiz 32 cüdoçu ilə təmsil olunur.

Leyla QURBANOVA

XQ

İdman