Avropa çempionatı: Daha 3 güləşçimiz medal görüşünə çıxır

post-img

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq, 3-ü isə medal görüşünə çıxacaq. 

Maqomedxan Maqomedov (97 kq) finalda qitə çempionatının qızıl və gümüş mükafatçısı gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşacaq. İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal görüşündə qüvvələrini sınayacaqlar. 

Turan Bayramov, Osman Nurmaqomedov və Georgi Meşvildişvili 1/8 finaldan yarışa başlayacaqlar. Nürəddin Novruzovla Arseni Cioyev isə turnirə təsnifat mərhələsindən start verəcəklər. 

Qeyd edək ki, komandamızın aktivində hələlik 9 medal var. Belə ki, yunan-Roma güləşçiləri 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), qadın idmançılar isə 3 (2 qızıl, 1 bürünc) medal əldə ediblər. Yarış fevralın 18-dək davam edəcək. 

Leyla QURBANOVA

XQ

 

İdman