“Qarabağ” 3, “Neftçi” 29 addım dünyaya doğru...

post-img

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyaları (İFFHS) klubların yeni reytinqini açıqlayıb. 403 komandadan ibarət siyahıya ölkəmizin iki təmsilçisi düşüb. 

Ötən ay 73-cü pillədə qərarlaşan “Qarabağ” (146,5 xal) 70-ci sıraya yüksəlib. “Neftçi” (57,5 xal) ilə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib. 

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Prem­yer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) 2-ci, İtaliyanın “İnter” (281 xal) kollektivi 3-cüdür. 

XQ

İdman