Avropanın ən gəlirli futbol klubu

post-img

“Real Madrid” 2022/23 mövsümünün nəticələrinə əsasən, Avropanın ən gəlirli klubudur. Klub bu dövr ərzində 831 milyon avro gəlir əldə edib. “Deloitte” beynəlxalq konsaltinq şirkətinin tərtib etdiyi reytinqdə 2-ci pilləni İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi “Mançester Siti” (826 milyon) tutur. Paris Sen-Jermen (802 milyon) isə 3-cü yerdədir. 

Ən gəlirli klublar siyahısında “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), London “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) İlk “10-luq”da yer alıblar. 

Leyla SABİRQIZI, XQ

İdman