Atıcılarımız dünya kuboku yarışında

post-img

Atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov ölkəmizi Misirin paytaxtı Qahirə şəhərində bu gün başlayacaq Atıcılıq üzrə Dünya Kubokunda təmsil edəcəklər. 

Ruslan Lunyov kişilər arasında 10 metr məsafədən pnevmatik tapança, 25 metr məsafədən tapança ilə isə sürətli atəş açma yarışında iştirak edəcək. Nigar Nəsirova qadınlar arasında 10 metr məsafədən pnevmatik tapança, 25 metr məsafədən isə standart tapança ilə atəş yarışlarında mübarizə aparacaq. Təmsilçilərimiz 10 metr məsafə üzrə pnevmatik tapança ilə qarışıq komanda yarışlarında da güclərini sınayacaqlar. Dünya kubokuna fevralın 1-də yekun vurulacaq.

Leyla SABİRQIZI, XQ

İdman