Premyer Liqa: Mövsümün antirekordu qeydə alınıb

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda qapılara cəmi 8 qol vurulub.

Hazırkı çempionatda bunadək ən aşağı göstərici 9 top olub. Belə ki, komandalar II, IX, XIV və XVIII turlarda bu qədər qol vurublar.

Qeyd edək ki, XIX turda “Sabah” – “Neftçi”, “Səbail” – “Zirə” matçlarında qol vurulmayıb. “Kəpəz” “Turan Tovuz”u 2:1, “Sumqayıt” “Qəbələ”ni 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.

Leyla SABİRQIZI, XQ

İdman