Şahin Bağırov yeniyetmə voleybolçularla görüşüb

post-img

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb. 

Bu barədə “XQ”yə federasiyadan məlumat verilib. 

Yanvarın 23-də GİN-in Voleybol Mərkəzində keçirilən “Murov Az Terminal” - “Gəncə” qarşılaşmasından sonra baş tutan görüşdə Ş.Bağırov yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb, onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib. Məşqçi və mütəxəssislərlə də söhbət edən Ş.Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.  

Leyla SABİRQIZI, XQ

İdman