Qadın badmintonçular təsnifat mərhələsində

post-img

Avropa çempionatının təsnifat mərhələsinin ilk görüşündə Azərbaycanın qadınlardan ibarət badminton millisi Şotlandiya ilə mübarizə aparıb. 

Abşeron Olimpiya İdman Kompleksində keçirilən oyun rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyevanın yer aldığı yığmamız qrupda növbəti oyunlarını Estoniya və Slovakiya ilə keçirəcəklər. 

Qeyd edək ki, qrup qalibi 2024-cü ilin fevralın 14-18-də Polşanın Lodz şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 

Leyla SABİRQIZI 
XQ

 

İdman