Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Komandamız 4-cü matçında Estoniya voleybolçuları ilə qarşılaşıb. Cəlil Baxtiozinin baş məşqçisi olduğu yığma rəqibə 1:3 hesabı ilə məğlub olub.
Bundan əvvəlki turlarda millimiz Polşa, Ukrayna və Latviyaya 0:3 hesabı ilə uduzub.
Bu gün Azərbaycan millisi Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.
Leyla SABİRQIZI
XQ