Güc idmançılarımız hamıdan güclüdür

post-img

Güc idman növləri üzrə Azərbaycan yığması Moskvada keçirilən dünya çempionatında uğurla çıxış edib. 

Komandamızın heyətində mübarizə aparan Tural Orucov (100 kq) üç fərqli növ (WPC/AWPC/WPSO versiyaları) üzrə 2 qızıl və 1 bürünc medala sahib olub. Camal Əhmədzadə (110 kq) kəmər və qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Sadiq Musayev isə 82 kiloqram çəki dərəcəsində iki fərqli növ üzrə birinci və üçüncü yerləri tutub. 

Bununla da, komandamız 8 ölkədən 400 idmançının iştirak etdiyi yarışın yekun nəticələrinə görə, ümumi hesabda birinci yerdə qərarlaşıb.  

Leyla SABİRQIZI 
XQ

İdman