Gün yağıntılı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dekabrın 9-da Bakıda və  Abşeron yarımadasında  bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.  Gecə 6-9°, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək,  nisbi rütubət 75-85  faiz  olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  3-8° isti olacaq.

Q.QASIMOV 
XQ 

 

Ekologiya