Dəniz Abbasova beynəlxalq turnirin birincisi oldu

post-img

2-3 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində ənənəvi “Mikulas kupa” bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib. Yarışa Macarıstanla yanaşı, Rusiya, Ukrayna, Çexiya, Moldova, Serbiya, Almaniya, Lüksemburq, Avstriya, BƏƏ və s. ölkələrdən 400-ə yaxın gimnast qatılıb.
Beynəlxalq turnirdə Azərbaycanı “Sports box” klubundan 6 gimnast təmsil edib. İştirakçılar arasında olan, Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin 5-ci sinif şagirdi,  9 yaşlı gimnastımız Dəniz Abbasova 2014-cü il təvəllüdlü gimnastlar arasında öz qrupunun ən güclüsü seçilərək qızıl medala və yarışın xüsusi mükafatına layiq görülüb.

Balaca gimnastımıza gələcək yarışlarda uğurlar arzu edirik!

İdman