Dünya çempionatı: Yarışın son günündə güləşçimiz mübarizə aparır

post-img

Bu gün Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatı başa çatacaq.

“Sərhədçi” İdman Mərkəzində keçirilən yarışın son günündə Azərbaycanın beş yunan-Roma güləşçisi – Nihad Quluzadə (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparırlar. 

Qeyd edək ki, komandamız mundialda 10-u qızıl olmaqla 18 medal qazanıb.

İdman