Qadınlar arasında şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Bakı Şahmat Klubunda təşkil olunan iki yarışın yekununa əsasən 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionu olub. Ayan Allahverdiyeva 13,5 xalla ikinci pillədə qərarlaşıb. Aktivində 13 xal olan Türkan Məmmədyarova əlavə göstəricilərə görə 3-cü yeri tutub.
Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyır.
Leyla SABİRQIZI
XQ

