UEFA Millətlər Liqasında qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Limassol şəhərinin eyniadlı stadionunda oynanılan matçda komandamız Kiprlə üz-üzə gəlib. Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib.
Beləliklə, xallarının sayını 13-ə çatdıran yığmamız qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.
Qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edib. Baş hakim Kerolayn Lanssens olub. Ona İrmqard Van Meyrvenn və Marqo Ceykops kömək ediblər. Dördüncü hakim funksiyasını isə Yana Van Laer yerinə yetirib.
Leyla SABİRQIZI
XQ

