Stolüstü tennisçimiz Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq turnirdə 2-ci yeri tutub.
İdmançımız Nikolay Nikitinin xatirəsinə həsr olunmuş ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində qrup mərhələsində bütün rəqiblərini məğlub edib. Növbəti mərhələlərdə Belarus, daha sonra Rusiya idmançılarını üstələyərək finala yüksələn təmsilçimiz həlledici oyunda özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
Onur Quluzadə bu nəticə ilə 2008–2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.
Leyla SABİRQIZI
XQ

