Dünya çempionatı: Ruzanna Məmmədova qızıl medal qazanıb

post-img

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir. 

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın ikinci günündə Azərbaycanın daha 7 güləşçisi mübarizəyə qatılıb. 
Yarışa uğurla start verən qadın güləşçimiz Ruzanna Məmmədova (59 kq) final qarşılaşmasında da qələbə qazanaraq dünya çümpionatının qalibi olub. 

Qeyd edək ki, turnirin ilk günündə sərbəst güləşçilərimiz Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qalib adına layiq görülüblər. Qadın güləşçilərimiz Elnurə Məmmə­dova (50 kq) 2-ci, Nərgiz Səmədova (55 kq) 3-cü yerləri tutublar. 

Yarış dekabrın 3-də başa çatacaq.

İdman