Alpaqut üzrə 4-cü Dünya Çempionatı keçiriləcək

post-img

Dekabrın 1-4-də Türkiyənin Bursa şəhərində Alpaqut üzrə 4-cü Dünya Çempionatı keçiriləcək.

XQ xəbər verir ki, bu barədə federasiyanın vitse-prezidenti Emil Rahimov məlumat verib.

Qeyd edək ki, Alpaqut - Müqəddəs Döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.

Anar ƏLİ
XQ

İdman