Polis silah təhvili ilə bağlı profilaktiki tədbirləri davam etdirir

post-img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Məlumatı DİN-in mətbuat xidməti yayıb. 

Məlumata görə, noyabrın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5  ədəd avtomat, 6 patron darağı,  2120 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 18 ədəd patron aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər