Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının sərhəddə görüşü başlayıb.
“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb.
Görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.
XQ