İsrail və HƏMAS atəşkəsin uzadılması barədə razılığa gəliblər

post-img

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Qəzza zolağında HƏMAS-la atəşkəs uzadılacaq. Məlumatı “İnterfaks.ru” verib. 

"Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və razılaşmanın şərtlərinə uyğun olaraq, atəşkəs davam edəcək", - İDF-nin qısa bəyanatında deyilir.

Yaxın Şərq mediası xəbər verir ki, HƏMAS başqa bir bəyanatda atəşkəsin başladığı gündən davam etdiyini, artıq yeddinci günlə bağlı razılaşma olduğunu təsdiqləyib.

Razılaşmanın bir hissəsi olaraq, HƏMAS hər əlavə döyüş günü üçün ən azı 10 girovu azad etməli olacaq. İsrail isə, öz növbəsində, 10 girov müqabilində 30 fələstinli məhbusu azad edəcək.

P.ƏMİRCANOV

XQ

Dünya