Voleybolçularımız gümüş və bürünc medal qazanıblar

post-img

Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında mükafata layiq yer tutublar. 

Heyətində Polina Rəhimovanın mübarizə apar­dığı “Xoa Çat Duk Qianq Tia Sanq” klubu liqanın gümüş medalını qazanıb. Odina Əliyevanın şərəfini qoruduğu “Binh Dyen Lonq An” isə bürünc medala layiq görülüb. 

P.Rəhimova, həmçinin Vyetnam liqasının ən yaxşı hücumçusu adına layiq görülüb. 

Leyla SABİRQIZI 
XQ

İdman