Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Qol U-15” II beynəlxalq futbol turniri başa çatıb.
“ASCO Arena”da keçirilən həlledici matçda Belarusun “U-15 Akademiya”sı “Zirə”ni 5:1 hesabla məğlub edərək turnirin qalibi olub. “Zirə” gümüş medala, 3-cü yer uğrunda matçda “Turan Tovuz”a qalib gələn “Neftçi” bürünc mükafata sahib olublar.
Turnirin ən məhsuldar oyunçusu Fateh Əsgərzadə (“Neftçi”), ən yaxşı oyunçusu Xəqan Şükürov (“Zirə”), qapıçısı isə Safi Rüstəm (“U-15 Akademiya”) seçiliblər.
Leyla SABİRQIZI
XQ