Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyliyə Avropa Voleybol Konfederasiyası növbəti dəfə etimad göstərib.
Zöhrab Gözəlbəyli noyabrın 21-də Bakıda “Xarı Bülbül Şuşa” və Yunanıstanın “Panatinaikos ATHENS” klubları arasında təşkil ediləcək oyunda hakimlərin işinə qiymət verəcək. Belə ki, o kişi voleybolçular arasında Çağırış Kubokunun 1/16 final matçının supervayzeri təyin edilib. Görüşü türkiyəli Ramazan Çevik və monteneqrolu Yelena Mitroviç idarə edəcək.
Leyla SABİRQIZI
XQ