"6 saatlıq sükut"

post-img

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Hüseyn Arif" Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, şair Saqif Qaratorpağın "6 saatlıq sükut" adlı şeirlər kitabının təqdimatı olub.

Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli Saqif Qaratorpağın yaradıcılığı haqqında ətraflı məlumat verib. Digər çıxış edənlər şairin yaradıcılığında əsas xəttin sevgi, ayrılıq, həsrət olduğunu vurğulayıblar. Nə qədər həsrət, ayrılıq, darıxmaq olsa da, qovuşmağa ümidini itirməyən şairin yaradıcılığının özünəməxsusluğundan, təkrarsızlığından söz açılıb. “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, professor Rüstəm Kamal "ən ülvi hisslərini qələmə alan, qarşı tərəfə sonsuz sevgi ərmağan edən, lakin hər bir halda sevdiyini sirr saxlayan Saqifi şeirlərini hamıya sevdirib, özü sirr qalan məharətli şair" adlandırıb. 

Sonda söz Saqif Qaratorpağa verilib. Şair tədbirin təşkilatçılarına və iştirakçıla­rına təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub. 

 

Ə.DOSTƏLİ
XQ

Sosial həyat