Püşkatmada birinci səbətin tərkibi

post-img

“Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasiminə birinci səbətdən qatılacaq komandalar dəqiqləşib.

Əsas qrupun tərkibi seç­mə mərhələnin ötən gün ke­çirilən matçlarından sonra rəsmiləşib.

Birinci səbətdə ev sahibi Almaniya ilə yanaşı, Portuqa­liya, Fransa, Belçika, İngiltərə və İspaniya yığmaları yer alıblar.

Türkiyə millisinin hansı səbətə düşəcəyi isə Uelslə oyunun nəticəsindən asılı olacaq. “Ay-ul­duzlular” qrup liderliyini qoruyub saxlaya bilsələr, püşkatmaya ikinci, əks halda üçüncü səbətdən qo­şulacaqlar.

Qeyd edək ki, Avropa çempionatının final mər­hələsinin püşkatma mərasimi dekabrın 2-də Alma­niyanın Hamburq şəhərində keçiriləcək.

 

Leyla SABİRQIZI 
XQ

İdman