Sumoçularımız 7 medal qazanıblar

post-img

Azərbaycan sumoçuları İsveçrənin Renan şəhərində yeniyetmələr və gənclər arasında Avropa birinciliyində iştirak edərək 7 medal qazanıblar.

Təmsilçilərimizdən Rauf Yadigarlı (mütləq çəki) və Cavidan Nəhmətov (70 kq) qızıl medala sahib olublar. Coşqun Kəlbiyev (55 kq, Kamran Rəcəbli (70 kq) və Abdullah Şərif (90 kq) ikinci pillədə qərarlaşıblar. Mütləq çəkidə çempion olan R.Yadigarlı +100 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub. Komanda yarışında da Azərbaycan (Rauf Yadigarlı, Məhəmməd Təmirov, Abdullah Şərif, Əli Hümbətzadə) bürünc medala yiyələniblər. 

Yığmamız bu nəticə ilə kişilər arasında ümumi hesabda 2-ci yeri tutub. 

 

Leyla SABİRQIZI 
XQ

İdman