2 boksçumuz Avropa yarımfinalında

post-img

Azərbaycan millisinin 2 üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan Boks Federasiyasından “XQ”-yə bildirilib ki, Avropa çempionu Nicat Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı inamlı qələbə qazanıb – 5:0. O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə üz-üzə gələcək. Görüş noyabrın 16-da olacaq.

Komandamızın digər üzvü Ruslan Qədirov (54 kq) də mərhələ adlayıb. O, 1/8 finalda italiyalı Tommaso Skiaccanı 3:2 hesabı ilə məğlub edib. R.Qədirov noyabrın 16-da baş tutacaq 1/4 final döyüşündə Kaya Canla (Türkiyə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, noyabrın 12-də start götürən yarış 8 gün davam edəcək. 

 

Leyla SABİRQIZI 
XQ

 

İdman