Latviyanın Dauqavpils şəhərində kombat ciu-citsu üzrə keçirilən dünya çempionatında Azərbaycan komandası uğurla çıxış edib.
Ölkəmizi həmin yarışda təmsil edən Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin üzvləri “Ground fight”, “Full contact”, “Close contact” və “Self-defence” növlərində qüvvələrini sınayıblar. Qadınlar arasında Fidan Yusifova “Close contact” növündə qızıl, “Self-defence”də gümüş, “Ground fight”da bürünc medala yiyələnib. 45 yaşdan yuxarı kişi veteranlar arasında Məğrur Əhmədov isə “Self-defence” növündə qalib adını qazanıb. O, “Full contact”da 2-ci, “Close contact” və “Ground fight” növlərində isə 3-cü yerləri tutub.
10-11 yaşlılar arasında Əli Bəylərov “Ground fight”, 18-36 yaşlıların yarışında Şirin Şirinov “Şelf defence”, Amir Abdi isə “Close contact” növləri üzrə bürünc medal qazanıblar.
Komandanın rəhbəri, DİN-in idman cəmiyyətinin əməkdaşı, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov dünya çempionatında baş hakim kimi iştirak edib.
Leyla SABİRQIZI
XQ

