Sabah Premyer Liqada XII tur start götürəcək

post-img

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında XII tur start götürəcək. XQ Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, turun ilk qarşılaşması ASCO Arenada baş tutacaq. "Səbail" klubu bölgə təmsilçisi "Turan Tovuz"u qəbul edəcək. Matç yerli vaxtla saat 19:00-da başlayacaq.

Turun digər iki qarşılaşması noybarın 4-də keçiriləcək. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda (saat 16:00)  "Kəpəz"i, "Sumqayıt" isə Kapital Bank Arenada "Araz-Naxçıvan"ı (saat 18:00) qəbul edəcək.

Tura noyabrın 5-də keçiriləcək "Qəbələ"-"Neftçi" və "Sabah"-"Zirə" görüşləri ilə yekun vurulacaq.  "Qəbələ"-"Neftçi" qarşılaşması saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. "Sabah"-"Zirə" maçı isə saat 18:30-da start götürəcək. Qarşılaşma Bank Respublika Arenada baş tutacaq.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 21 xalla "Zirə" klubu başçılıq edir. Son pillədə isə 6 xalla "Kəpəz" qərarlaşıb.

Elçin ABBASOV

XQ

İdman