Rusiya Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakla görüşünü nümayişkaranə anti-Rusiya addımı kimi qiymətləndirir. Ermənistan rəhbərliyi Moskva ilə İrəvan arasında müttəfiqlik münasibətlərini pozur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz görüşü rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk", - Zaxarova brifinqdə Ermənistan və Ukrayna nümayəndələri arasında danışıqları şərh edərkən deyib.
“İrəvanda bilməlidirlər ki, bu, ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə ünsiyyətdir. Burada başqa tərif yoxdur. Respublikanın hazırkı rəhbərliyinin məqsədyönlü və israrla bizim müttəfiqlik münasibətlərimizi pozması təəssüf doğurur”, - deyə Zaxarova fikrini yekunlaşdırıb.
XQ