Ermənistan Rusiyaya Roma statutundan yan keçməyə imkan verəcək saziş təklif edib

post-img

Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu tələbindən yan keçməyə imkan verəcək dövlətlərarası saziş imzalamağı təklif edib.

Bunu Ermənistan parlamentinin vitse-spikeri, baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin üzvü Akop Arşakyan jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Roma statutunun ratifikasiyasından bir neçə ay öncə onun münasibətlərimizə təsir etməməsi və dövlətlərarası hüquqi münasibətlərimizin beynəlxalq strukturlarda yoxlamalara məruz qalmaması üçün Rusiyaya ikitərəfli saziş imzalamağı təklif etdik. Təklifimizə hələ cavab almamışıq, lakin Roma statutunun qüvvəyə minməsinə xeyli vaxt var. Hüquqi cəhətdən iki ölkə arasında beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən saziş bağlaya bilərik”, - deyə Akop Arşakyan bildirib.

Dünya