Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında ilk oyununu keçirib.
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan yarışda yığma İraq komandası ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində 16-cı dəqiqədə Mirmehti Rzayev, 28-ci dəqiqədə Elvin Əlizadə fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi G qrupunda yer alıb. Komandamız ikinci görüşünü oktyabrın 29-da Misir, növbəti qarşılaşmanı isə ayın 31-də Küveytlə keçirəcək.
L.SABİRQIZI
XQ