Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyi keçirilib.
Azərbaycan şahmatçısı Xaqan Əhməd 12 yaşlılar arasında keçirilən yarışda 8 xal toplayaraq üçüncü yeri tutub. Bu yaş qrupunda digər təmsilçilərimiz Paşam Əlizadə yekunda 3-5-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə şahmatçı 5-ci olub. 8 yaşlı qızların yarışında isə Mehriban Əhmədli beşinci yerdə qərarlaşıb.
L.SABİRQIZI
XQ