UEFA Millətlər Liqasında qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Yığmamız səfərdə Farer adaları komandası ilə mübarizə aparıb. Klaksvik şəhərindəki “Djupumyru” stadionunda keçirilən oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Beləliklə, xalların sayını 7-yə çatdıran yığmamız yer aldığı qrupun vahid lideri olub.
Qeyd edək ki, yığma növbəti oyununu oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.
L.SABİRQIZI
XQ