Cüdo komandamız Avropa birincisidir

post-img

Latviyanın paytaxtı Riqada keçirilmiş Avro­pa kuboku yarışında Azərbaycanın yeniyetmə cüdoçuları uğurla çıxış edərək ümumi hesabda birinci yeri tutublar.

İki gün davam edən turnirdə 16 cüdoçu ilə mübarizə aparan Azərbaycan komandası 12 medal qazanıb. Belə ki, təmsilçilərimizdən Bahadır Feyzullayev (50 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov (66 kq), Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub­lar. Rüstəm Qasımzadə (50 kq), Əli Qazıməmmə­dov (81 kq), Rəsul Səmədli (+90 kq) gümüş, Nihad Məmişov (55 kq), Səlim Sultanov, Səid Şərifov (hər ikisi 66 kq), Cəsur İbadlı (73 kq) və Mehdi Abbasov bürünc medala yiyələniblər. 

Leyla SABİRQIZI 
XQ

İdman